Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-17 16:08:46
Məktəbəhazırlığa bu yaş aralığında uşaqlar qəbul EDİLƏCƏK

"Əgər uşağın 5 yaşı “2024-cü ilin 1 yanvar - 31 dekabr tarixinə qədər tamam olursa, həmin uşaqlar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qurplarına qəbul edilirlər”

 

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

 

“16 iyul saat 11:00-da məktəbəhazırlıq qruplarına qəbulda Azərbaycan bölməsi üzrə məktəbə müəllimi seçimi,15:00-da isə məktəbəqədər təhsil müəssisələrinə valideynlərin və uşaqların qeydiyyatı prosesi başladı. Bəzən bu prosesi valideynlər qarışıq salırlar. Məktəbəhazırlıq qrupları mektebeqebul.edu.az saytı vasitəsilə aparılır. Biz qeyd etmişik ki, bu ümumi təhsil olan məktəbəhazırlıq qrupudur.

 

Həmçinin mektebeqebul.edu.az sistemində yalnız 5 yaşlı uşaqlar qeydiyyatdan keçirilə bilir. Yəni 2024-cü ildə 5 yaşı tamam olan 2019-cu il təvəllüdlü uşaqlara aiddir. Burada valideynlərin diqqətinə çatdıraq ki, 2024-cü ilin 1 yanvar tarixindən 2024-cü ilin 31 dekabr tarixinə qədər əgər uşağın 5 yaşı tamam olursa, həmin uşaqlar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qurplarına qəbul edilirlər".