Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-29 13:40:00
Qəbul imtahanlarında balların hesablanma qaydası -İZAHI 

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Abituriyentlərin və müəllimlərin uzun zamandır gözlədiyi balların hesablanma qaydası da DİM tərəfindən elan olunub. Lakin düsturlar riyazi dildə açıqlandığından əksər abituriyent tərəfindən qaranlıq qalıb. AzEdu.az balların hesablanma qaydasını izahlı formada təqdim edir:

150 balla qiymətləndirilən fənlərdə 1 – 1.5 - 2 bal çəki əmsalını nəzərə aldıqda həmin fənnin hər bir sualının qiymətləndirilməsi aşağıdakı kimi olacağını düşünürəm:

22 ənənəvi qapalı testin hər biri – 4.5 bal (22x4.5=99)

4 ənənəvi rəqəmsal (seçim, hesablama, rəqəmsal və s.) – 4.5 bal (4x4.5=18)

1 ənənəvi uyğunluq testi – 6 bal (1x6=6)

3 situasiya (mətn,mənbə) əsasında yazıla bilən test tapşırıqlarının hər biri – 9 bal (3x9=27)

4 test bir doğru cavabı aparır və ya 1 qapalı test doğru cavabın 4/1-ini ləğv edir. Açıq testlərdə edilən səhvlər doğru cavablara təsir göstərmir. 100 balla qiymətləndirilən fənlərdə 1 – 1.5 - 2 bal çəki əmsalını nəzərə aldıqda həmin fənnin hər bir sualının qiymətləndirilməsi aşağıdakı kimi olacağını düşünürəm:

22 ənənəvi qapalı testin hər biri – 3 bal (22x3=66)

4 ənənəvi rəqəmsal (seçim, hesablama, rəqəmsal və s) – 4 bal (4x4=16)

1 ənənəvi uyğunluq testi – 4 bal (1x4=4)

3 situasiya (mətn,mənbə) əsasında yazıla bilən test tapşırıqlarının hər biri – 4 bal (3x4=18) 4 test bir doğru cavabı aparır və ya 1 qapalı test doğru cavabın 4/1-ini ləğv edir.

Açıq testlərdə edilən səhvlər doğru cavablara təsir göstərmir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları