Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-30 13:30:56
İmtahan nəticələri 3 günə elan olunacaq

 

Bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 2025 tələbənin iştirakı gözlənilirdi.

 

İmtahanların idarəolunmasına 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.

 

İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.