![](https://azedu.az/uploads/news/2024/06/azedu.az_IMG_6534_700.jpeg)
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin yaratdığı “Agroficient” startapı 100 min dollar investisiya qazanıb.
AzEdu.az xəbər verir ki, ali məktəbin Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Emil Hüseynli və Malik Sultanov "Baku İnvestment Day"də "Clean Tech" kateqoriyasında suvarmaya qənaət edən hidrogel layihəsi ilə qalib olublar.
Layihənin elmi rəhbəri Bakı Ali Neft Məktəbinin İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi, BANM-in məzunu Elmar Əsgərzadədir.
Müsabiqədə 12 komanda qalib gəlib. Onlardan dördü Azərbaycandandır.
Azərbaycanın 4 komandasından ikisi isə BANM-in komandasıdır. Beləliklə, 2 komandası qalib gələn yeganə ali təhsil müəssisəsi Bakı Ali Neft Məktəbi olub.
Digərlər qaliblər isə xarici ölkə təmsilçiləridir.
Yeri gəlmişkən, “Agroficient” komandası bir neçə gün əvvəl Portuqaliyada Lissabon Qlobal Sammitində keçirilən yarışda da qalib olub. Komanda Londonda baş tutacaq Qlobal Akselerasiya proqramında Azərbaycanı təmsil edəcək.
kitabı
![Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1693640778_teacher_exam_060922_1_(2)_829.jpg)
![Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1687245153_16869259804265122431_869.jpg)
![Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_-06c284d3166037203920334731510452759_222_745.jpg)
![MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-02_at_11.56.56_573.jpeg)
![Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1688988956506282590_1200x630_938.jpg)
![Daha 10 müəllim sertifikasiyadan 60 bal toplayıb - SİYAHI Daha 10 müəllim sertifikasiyadan 60 bal toplayıb - SİYAHI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_guu99ueuouhhiugohuiohgioheuioghiueh9384839tg894389yt083ig0oh3oig3bh3_1719239207_890.jpg)
![Nəticələr onu göstərdi ki, Azərbaycan müəllimi sertifikasiyaya hazırdır Nəticələr onu göstərdi ki, Azərbaycan müəllimi sertifikasiyaya hazırdır](https://azedu.az/uploads/news/2024/06/azedu.az_elsen_(3)_828.png)
![Sertifikasiya: Ən çox bu bölgələr zəif nəticə göstərib Sertifikasiya: Ən çox bu bölgələr zəif nəticə göstərib](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_azedu.az_azedu.az_1661926915_photo_175681_939_(2)_342_(1)_466_(1)_819.jpg)