Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-30 09:16:33
3 yaşlı uşaq yol qəzasında xəsarət alıb

Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 2021-ci il təvəllüdlü M.İ xəsarət alıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.


Fakt araşdırılır.