Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-02 20:06:00
İstedadlı tələbələrin təhsil xərcləri maliyyələşdiriləcək

Azərbaycan Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Gənclər Fondunun nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərcləri maliyyələşdiriləcək. Fonddan AzEdu.az-a verilən məlumata görə, maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək.

 

Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

 

Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.

 

Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcək:

 

Milli qəhrəman övladları;

 

I, II və III qrup əlil olan gənclər;

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;

 

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;

 

I qrup əlil valideyni olan gənclər;

 

Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;

 

Aztəminatlı ailədən olan gənclər.

 

Müsabiqəyə aşağıda qeyd edilmiş Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər:

 

  1. Bakı Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

  1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  2. Azərbaycan Texniki Universiteti
  3. Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

  1. Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

  1. Azərbaycan Memarlıq və İnşaat Universiteti
  2. Bakı Slavyan Universiteti
  3. Azərbaycan Dillər Universiteti
  4. Bakı Mühəndislik Universiteti
  5. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
  6. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  7. Sumqayıt Dövlət Universiteti
  8. Lənkəran Dövlət Universiteti
  9. Gəncə Dövlət Universiteti

15 Azərbaycan Texnologiya Universiteti

  1. Mingəçevir Dövlət Universiteti
  2. Naxçıvan Dövlət Universiteti
  3. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  4. Azərbaycan Milli Konservatoriyası
  5. Naxçıvan Müəllimlər İnstitutu
  6. Azərbaycan Tibb Universiteti
  7. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
  8. Azərbaycan Dövlət Aqrar Universiteti
  9. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası
  10. Azərbaycan Dövlət Dəniz Akademiyası
  11. Milli Aviasiya Akademiyası
  12. “ADA” Universiteti
  13. Bakı Ali Neft Məktəbi
  14. Azərbaycan Turizm və Menecment Universiteti
  15. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
  16. İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı.