Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-30 11:19:00
Ali məktəblərə keçid ballarının artması proqnozlaşdırılır  

Mayın 26-da II və III qruplar üzrə keçirilmiş qəbul imtahanlarında müvafiq qruplar üzrə abituriyentlər tarix və coğrafiya fənninin çətin olduğunu, buna görə də daha zəif nəticə göstərəcəklərini dilə gətirirlər.

 

Bəs, görəsən, bu nüanslara əsasən qəbul balları necə formalaşacaq?

 

Təhsil mütəxəssisi Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a açıqlamasında bildirib  ki, bu il keçid ballarında müəyyən qədər artımlar olacaq:

 

“III qrupa imtahan verən abituriyentlər tarix və ədəbiyyat fənninin, II qruplar isə coğrafiya fənninin situasiya tipli suallarının məntiqi cəhətdən çox vaxt apardığını bu səbəbdən də çətin olduğunu bildirirlər. Ümumi mənzərəyə əsasən deyə bilərik ki, bu imtahandan yüksək bal toplayan abituriyentlər olacaq.

 

Aralıq baxımından müəyyənləşdirsək imtahandan 100-200 bal toplayanlardan daha çox 0-100 bal və 200 və ondan yuxarı bal aralığıdır.  Ona görə də keçid ballarında müəyyən artımlar olacaq. Qarşıdakı növbəti cəhd imtahanını da nəzərə alsaq, I cəhtdə uğurlu nəticə göstərməyənlər məhz II cəhdə daha hazırlıqlı olduqları halda bu daha çox keçid ballarına təsir edəcək amilə çeviriləcək”.

 

Ekspert bildirib ki, 2-ci cəhd imtahanı sualları sadə ola bilər:

 

“Mənə görə DİM müəyyən qədər də olsa sualların formatını elə qoymalıdır ki, blok imtahanı mərhələsində abituriyentlər onu çox rahat cavablandırsınlar. Bu imtahanda səhv cavablar düz cavablara təsir etdiyini nəzərə alaraq sualların sadələşdirilib, asanlaşdırılmasını vacibdir, çünki abituriyenlər sualları cavablandırarkən tərəddüd edirlər. Hətta bəzən onlar tərəddüd etdikləri sualları yazmaqdan imtina edirlər. Bəlkə də onun yazmaq istədiyi cavab düz cavab idi. Bu səbəbdən də düşünürəm ki, sualların sadələşdirilməsi lazımdır. Ehtimal edirəm ki, 2-ci cəhd imtahanı sualları sadə ola bilər”.