Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-10 08:43:21
15 yaşlı piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Səbail rayonunda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, yolu keçən 2009-cu il təvəllüdlü Əhmədov Fərid Teymur oğlunu avtomobil vurub.

 

Yaralı təcili tibbi yardım briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Hadisənin təfərrüatı araşdırılır.