Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-09 17:50:50
Bu müəllimlər də MİQ-dən KEÇƏCƏK
 
“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.
 
 
Bu barədə AzEdu.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib. 
 
 
Bildirilib ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
 
 
Qeyd edək ki, müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq.