Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-02 15:11:00
Buraxılış imtahanlarının apellyasiya nəticələri bu tarixdə AÇIQLANACAQ

11-ci siniflər buraxılış imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin cavablarının hələ də açıqlanmamasından dolayı narahatlıqlarını bildirirlər.

 

AzEdu.az Təhsil Portalı olaraq Dövlət İmtahan Mərkəzinə (DİM) bu barədə sorğu ünvanladıq.

 

Mərkəzdən sorğumuza cavab olaraq bildirildi ki, 3 və 10 martda keçirilən imtahanlar üzrə apellyasiyanın nəticələrinin eyni vaxtda – mayın 24-dək elan edilməsi nəzərdə tutulub:

 

“Hazırda 11-ci sinif buraxılış imtahanlarının nəticələri ilə bağlı abituriyentlərin müraciətləri araşdırılma mərhələsindədir.

 

9-cu siniflərin 1-ci istiqamət imtahanları (17 mart) üzrə apellyasiya müraciətlərinin qəbulu bu gün başa çatır. Digər 2 istiqaməti (7 və 21 aprel) üzrə isə müraciətlərinin qəbulu hələ başlamayıb. Burada da apellyasiya nəticələrinin eyni vaxtda – iyun ayının ilk ongünlüyündə elan edilməsi planlaşdırılır”.