Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-04 09:17:00
Universitetdən imtina edən abituriyent növbəti imtahan üçün nə etməli?

 

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olundu. Növbəti mərhələdə isə abituriyentlər ali məktəblərə sənəd qəbulunda iştirak edəcək.

 

 

İxtisas seçimində iştirak edən və düşdüyü ixtisas və universitetdən narazı olan bir neçə abituriyent var ki, növbəti il yenidən qəbul imtahanlarında iştirak etmək istəyir.

 

 

Bəs həmin abituriyentlər qəbul olunduqları ali məktəbdən nə zaman imtina etməlidir ?

 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, həmin şəxslər ali təhsil müəssisələrinə sənəd qəbulu başlayana kimi imtina etməlidir.