Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 15:54:00
Kurikulum modelli sınaq imtahanında Tarix fənni ilə bağlı növbəti narazılıq

“Sınaq imtahanında abituriyentlər ən çox situasiya tipli tapşırıqlarda çətinlik çəkiblər. Tarix və Coğrafiya fənləri üzrə suallar demək olar ki,  proqram əsasında hazırlanıb”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Yardımlı rayon Şıxhüseynli kənd tam orta məktəbinin Tarix və Coğrafiya müəllimi Posu Mansırlı deyib. Onun sözlərinə görə, Coğrafiya və Tarix fənlərindən sınaq imtahanına düşən sualların çətinlik dərəcəsi fərqlənir:

“Coğrafiya fənni üzrə imtahana orta dərəcəli suallar salınmışdı. Tapşırıqları o qədər də çətin adlandıra bilmərik. Dərslərini yaxşı oxuyan, mütəmadi olaraq çalışan və imtahana normal hazırlaşan abituriyentlər sualların hamısını cavablandıra bilərdilər”

Müəllimin fikrincə, Tarix fənni barədə bu fikirləri səsləndirmək doğru deyil:

“Tarixdəki suallar  Coğrafiyadan fərqli olaraq nisbətən çətin idi. Abituriyentlər ən çox situasiya tipli tapşırıqlarda çətinlik çəkiblər. Hər iki fənn üzrə suallar demək olar ki, proqram əsasında hazırlanmışdı. Proqramdan kənar hansısa əlavə suala rast gəlmədim”.

Xatırladaq ki, 28 oktyabrda yeni qəbul modeli əsasında sınaq imtahanı keçirilib. İmtahanın yoxlanılması vaxt tələb etdiyindən cavabların yaxın 10 gün ərzində elan olunacağı açıqlanıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları