Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-23 08:58:19
16 yaşlı gənci avtomobil vurub

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, Yeni Günəşli qəsəbəsində avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Quluzadə S.-ni vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.