Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-23 08:51:00
“Tarixdə bu gün”- 23 aprel...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

23 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür:

 

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 Aprel Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.

 

UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.

 

23 Aprel Milli Suverenlik və Uşaq Bayramıdır:

 

Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılış günü daha sonra Milli Suverenlik və Uşaq Bayramı olaraq qeyd olunmağa başladı. 

 

Bu gün Səltənətin ləğv edilərək Milli Suverenliyin bir millət kimi istifadə edilməsi və Qurtuluş müharibəsində atası şəhid olan uşaqların sevinci üçün düşünülən uşaq bayramının birləşməsilə yaranıb. 

 

23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı növbəti terror hadisəsi törətdilər:

 

10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirildi, 100-ə qədər ev yandırıldı, 125 kənd yerlə-yeksan edildi.  

 

23 aprel 2002-ci ildə Miniatür Kitab Muzeyi açılıb:

 

Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılıb.