Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 15:27:27
Üç yaşlı uşaq gül dəstəsinə görə xəstəxanalıq oldu

Rusiyanın Novosibirsk vilayətində üç yaşlı qız zanbaq buketinə görə xəstəxanaya düşüb.

 

AzEdu.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

 

Üç yaşlı qızın anası baş verənlərdən danışıb.

 

Qadının sözlərinə görə, o, küçədən bir buket gül alıb evə gətirib. Onun üç yaşlı qızı çiçəklərlə maraqlanıb və daha sonra ləçəkdən dişləyib udub.

 

Bir müddət sonra qız xəstələnib. Valideynlər təcili yardım çağırıb və qız uşaq xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.