Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 10:16:21
Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən məktəblərdə kütləvi terror aktlarının planlaşdırılması barədə məlumat yayılıb.

 

AzEdu.az  “İmedi” telekanalına istinadən xəbər verir ki, məlumat teleqramda yeni yaradılmış bir kanalda paylaşılıb.

 
Hazırda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məsələ ilə bağlı araşdırma aparır. Eyni zamanda, qurum məktəblərdən birində silah aşkar edilməsi ilə bağlı yayılan məlumatı təkzib edib.
 

Qeyd edək ki, daha əvvəl bu cür məlumatların yayılması ilə bağlı analoji hadisə Azərbaycan, Qazaxıstan və Ermənistanda da qeydə alınıb. Məlumatlar daha sonradan öz təsdiqini tapmayıb.