Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-20 17:26:51
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Aprelin 20-də IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetində (BDU) və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsabiqədə olimpiadanın respublika turunu keçən 100-ə yaxın şagird iştirak edib.

 

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verib. Olimpiadanın təşkilatçıları BDU, Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir.

 

 

Final mərhələsinin qalibləri bu il avqustun 17-dən 26-dək Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Seçmə imtahanından uğurla keçən komanda ölkəmizi beynəlxalq olimpiadada təmsil edəcək.

 

 

Qaliblər Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə keçirilir.