Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-15 10:09:00
Qarabağ RTİ-də 29 şagird inkluziv təhsilə cəlb edilib

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 29 şagird inkluziv təhsilə cəlb edilib.



Bu barədə AzEdu.az-a idarədən məlumat verilib.



“Qarabağ Regional Təhsil İdarəsi üzrə Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya 27, Ağcabədi şəhəri 5 nömrəli tam orta məktəbdə 2 nəfər inkluziv təhsilə cəlb edilib”.

 

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.