Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-15 09:07:33
“Tarixdə bu gün” - 15 aprel...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

15 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

15 Aprel Ümumdünya İncəsənət Günüdür:

 

Bu əlamətdar gün UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub.

 

UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.

 

 

15 aprel Ekoloji Biliklər Günüdür:

 

1992-ci ildə Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinin müzakirə olunduğu konfransında bəşəriyyətin davamlı inkişafı üçün dünyanın bütün ölkələrinin əhalisinin ekoloji təhsilinin böyük əhəmiyyəti vurğulanıb.

 

Bu günün təsis olunmasının əsas məqsədi ekoloji biliklərin yayılması və əhalinin ekoloji mədəniyyətinin formalaşması, ekoloji təhlükəsizlik sahəsində görülən işlər və ətraf mühitin vəziyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.

 

15 aprel - Beynəlxalq Mədəniyyət Günüdür:

 

Beynəlxalq mədəniyyət gününün təsis olunması 1935-ci il aprelin 15-də Vaşinqtonda imzalanmış "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” müqavilə ilə bağlıdır.

 

2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya, Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya mədəniyyət günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.

 

15 aprel 1906-cı ildə Bakıda Azərbaycan dilində ilk uşaq jurnalı çap olunub:

 

Jurnal Dəbiristan adlanırdı. Jurnalda dövrün tanınmış ziyalıları Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli və başqaları həmin jurnalla yaxından əməkdaşlıq ediblər.