Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-13 17:50:18
Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib  

 

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.

 

AzEdu.az FHN-ə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.