Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-08 09:02:00
“Tarixdə bu gün” - 8 aprel...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

8 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

8 aprel 1992-ci il Ermənistan Silahlı Qüvvələri Ağdaban soyqırımını törədiblər:

 

Bu soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın qala qapısı olan Kəlbəcəri ələ keçirmək üçün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli qətliamdır. Soyqırımı zamanı Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

 

8 aprel 1971-ci ildə Londonda keçirilən Birinci Ümumdünya Qaraçılar konqresi tərəfindən Beynəlxalq Qaraçılar Günü elan olunub:

 

Konqresdə dünyanın 30-dan çox ölkəsindən gəlmiş nümayəndələr iştirak ediblər. Qaraçıların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünüb. Onlar tarixən köçəri həyat tərzi sürürlər. Ənənəvi olaraq atçılıq və maldarlıqla yanaşı, həm də dədə-baba sənətləri sayılan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətlərinin istehsalı ilə məşğul olurlar.

 

8 aprel 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsində tikinti işləri başladı:

 

Xatırladaq ki, 1762 kilometr uzunluğunda kəmərin 443 km.-i Azərbaycan, 249 km.-i Gürcüstan və 1070 km-i Türkiyə əraizisndən keçir. 

 

8 aprel 1506-cı ildə Şah İsmayıl Xətai Təbriz kitabxanasını yaradıb:

 

Bir növ incəsənət akademiyası olan bu kitabxanada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər və nəqqaşlar fəaliyyət göstərirdilər. Təbrizin bu Şah kitabxanasında təbabətə, riyaziyyata, astronomiyaya, tarixə, ədəbiyyata, incəsənətə dair minlərlə kitab toplanmışdı.