Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 11:22:04
Azərbaycanda bu rektorun səlahiyyət müddəti bitib – Hələlik təyinat yoxdur...  

Azərbaycanda universitet rektorları 5 il müddətinə təyin edilir. Bu qayda 10 dekabr 2018-ci ildə imzalanan fərmanla müəyyən olunub və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda öz əksini tapıb.

 

Ölkəmizdə qanunvericiliyin, adəyən, geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir. 

 

Fərmanın imzalanmasından sonra Azərbaycanın dövlət universitetlərinə bir çox rektor təyin edilib, onların səlahiyyət müddəti 5 il hesab olunur. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2019-cu ilin martın 11-də təyin edilib. Təyinatdan sonra 5 ildən sonra Prezident İlham Əliyev onu yenidən BDU rektoru rətin edib.

 

AzEdu.az-ın məlumatına görə, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun da səlahiyyət müddəti bitib. 

 

O, 2019-cu ilin aprel ayının 3-ü təyin olunub. Ancaq hələlik onun vəzifədən azad olunması və yerinə təyinat olması barədə qərar verilməyib.

 

Qeyd edək ki, 65 yaşlı Heydər Əsədov sabiq kənd təsərrüfatı naziridir.