Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 08:52:00
“Tarixdə bu gün” - 6 aprel...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

6 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

6 aprel Beynəlxalq Cizgi Filmləri Günüdür:

 

1906-cı ilin aprelin 6-da Con Stuart Blekton və Albert Smit Amerikanın kinoteatr birliyi ilə Vitage təsisçiləri ilk cizgi filmləri “Gülməli üzlərin gülməli mərhələləri” adlı film çəkmişdir. Bunlar animasiya tarixində ilk cizgi filmləri idi.

 

Dünya Cizgi Film Gününü qeyd etmək fikri yalnız 2002-ci ildə yaranmışdır və həmin gündən dünyanın bir çox ölkələrində qeyd olunur. Beynəlxalq Cizgi Filmləri Günü öncəsi dünyanın hər yerindən animasiya kinosu peşəkarları və həvəskarları öz filmlərinin proqramlarını bir-birləri ilə bölüşür və bu hadisəni bütün il gözləyən tamaşaçılar üçün əsərlərinin ilk nümayişini göstərirlər. Cizgi filmlərinin belə seansları artıq dünyanın 104 ölkəsində keçirilir.

 

6 Aprel Ümumdünya Fiziki Aktivlik Günüdür:

 

2002-ci ildən başlayaraq hər il Aprelin 6-da Ümumdünya Fiziki Aktivlik Günü qeyd edilir. Fiziki aktivlik əzələlər vasitəsilə yerinə yetirilən və enerji sərf olunan hər hansı bədən hərəkətidir. Fiziki hərəkətsizlik xroniki xəstəliklərin yaranmasının risk amilidir və dünyada ildə 2 milyondan çox insanın ölümünə səbəb olur.

 

6 aprel 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada tarixin ilk müasir olimpiya oyunları başladı:

 

15 ölkədən 245 idmançının 9 nominasiya üzrə iştirak etdiyi yarış dövrün ən yüksək idman tədbiri sayılır. Olimpiadada ən uğurlu ölkə Amerika Birləşmiş Ştatları oldu: idmançıları 11 qızıl və 7 gümüş medal qazandılar.

 

6 aprel 1909-cu ildə Amerikalı tədqiqatçılar Şimal Qütbünə ayaq basan ilk insanlar olaraq tarixə düşdü:

 

Robert Piri (Robert Peary), köməkçisi Metyu Henson və dörd nəfər Şimal Qütbünə ayaq basan ilk insan oldular. Amma Pirinin hadisələri qeyd etməkdə çox diqqətsiz olması, bir sıra məlumat çatışmazlığı mütəxəssislər arasında şübhələr yaratdı və Şimal Qütbünə çatıb-çatmadığı mübahisələrə yol açdı.