Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 09:51:51
Ötən ay Elm və Təhsil Nazirliyinə bu qədər müraciət daxil olub

Martın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 11 829 vətəndaş müraciəti daxil olub.


 
AzEdu.az xəbər verir ki, müraciətlərin 7 639-u çağrı mərkəzləri, 347-si sosial media, 1 418-i "WhatsApp" vasitəsilə, 661-i elektron, 372-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1 392 müraciət qeydə alınıb. 

 

Müraciətlər birinci sinfə qəbul, texniki işçi heyətin işlə təmin olunması, müəllimlərin yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu, xarici diplomların təsdiqi və digər məsələlərlə bağlı olub.