Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 09:39:00
“Tarixdə bu gün” -  1 aprel necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

1 apreldə baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq; 

 

Aprelin 1-i bütün dünyada Gülüş günü kimi qeyd olunur: 

 

Hesab edilir ki, bu ənənə Fransada yaranıb. Amma hələ qədim romalılar 17 fevralı Axmaqlar bayramı kimi qeyd edirdilər. Şərqi Hindistanda isə 31 mart Aldatma günüdür.   1 Aprel Gülüş Günü ənənəsinə görə, bu gün hər bir adam, heç olmasa, bir nəfəri aldatmalıdır.

 

1916-cı il aprelin 1-də türk xalqının cəsur sərkərdəsi Mustafa Kamal Atatürkə general rütbəsi verilib:

 

Atatürkün komandanlıq etdiyi qoşunlar Türkiyənin azadlığı uğrunda aparılan bütün döyüşlərdə böyük rəşadət göstəriblər. 

 

1 aprel 1992-ci ildə Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulub:

 

Niderland Krallığı  Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasınd 20 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti Niderland Krallığında Azərbaycan Səfirliyinin açılması barədə sərəncam imzalanıb.2007-ci ilin may ayında Azərbaycanın Niderland Krallığında Səfirliyi fəaliyyətə başlayıb.  Niderland Krallığının Azərbaycandakı Səfirliyi 26 iyun 2009-cu il tarixində açılıb.

 

1 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında Aprel döyüşləri başlayıb: 

 

Dördgünlük döyüşlər zamanı düşmən xeyli itki verdi, işğalçının çoxlu hərbi texnikası sıradan çıxarıldı.

 

Təəssüf ki, Azərbaycan ordusu da aprel zəfəri zamanı şəhidlər verdi.

 

Döyüşlərdə işğaldan azad etdiyimiz ərazilər: 

Tərtər rayonu – Talış kəndi ətrafındakı yüksəkliklər;

Tərtər rayonu – Seysulan kəndi;

Cəbrayıl rayonu – Lələ təpə yüksəkliyi;

Cəbrayıl rayonu – Cocuq Mərcanlı kəndi tam hissəsi;

Goranboy rayonu – Gülüstan kəndi tam hissəsi;

Tərtər rayonu – Madagiz kəndi istiqamətində yollar.