Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-30 09:00:00
“Tarixdə bu gün”- 30 mart...

AzEdu.az “Tarixdə bu gün” rubrikasına davam edir.


30 mart tarixində baş vermis əhəmiyyətli hadisələrə nəzər salaq.

 

30 mart 1842-ci ildə ilk dəfə tibb tarixində narkozdan istifadə edilib:

 

Həkim Kroyford Lonq (Crwford Long) bir tələbənin boynundakı şişi (kist) götürmək üçün apardığı əməliyyatda xəstəsini efir yağı ilə yatırdaraq tibb tarixində ilk dəfə olaraq narkoz (anesteziya) tətbiq etdi.

 

30 mart 1856-cü ildə İngiltərə, Fransa və Osmanlı İmperyasının Rusiyaya qarşı başlatdığı "Krım müharibəsi" müttəfiqlərin qələbəsi ilə nəticələndi. Rusiya Paris müqaviləsinin şərtlərini qəbul etdi:

 

Bu müqavilə ilə Osmanlı İmperiyası da Avropa dövləti olaraq qəbul edildi.


1918-ci il martın 30-da erməni quldurları Bakının azərbaycanlılar yaşayan məhəllələrinə basqın edərək silahsız əhaliyə divan tutdular:

 

XX əsrin əvvəllərində ermənipərəst Sovet hökumətinə arxalanan daşnak dəstələri Azərbaycanın paytaxtı Bakıda növbəti qırğına başladılar: “Mart hadisələri” adı verilən o günlərdə yüzlərlə azərbaycanlı, o cümlədən xeyli qadın və uşaq şəhid edildi. Qətliamın qurbanları Dağüstü parkda, indiki Şəhidlər Xiyabanında dəfn olunub.


30 mart 1992-ci ildə Azərbaycan və İraq arasında diplomatik əlaqələr qurulub:

 

Azərbaycan Respublikası və İraq Respublikası arasında ikitərəfli münasibətlər 02 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulub. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılıb. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb.