Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-29 09:17:00
“Tarixdə bu gün” - 29 mart necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

29 martda baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq...

 

29 mart 1803-cü ildə Rusiya qoşunları Zaqatala yaxınlığındakı Car dağ kəndini işğal edərək öz ərazilərinə qatdılar:

 

Bu hadisə uzun müddət sovet tarixçiləri tərəfindən Dağıstan xalqının könüllü olaraq Rusiyaya birləşməsi kimi təqdim edildi. Əslində isə bu hadisə Azərbaycanın Şimal ərazilərinin Rusiyaya ilhağı prosesinin başlanğıcı idi.

 

29 mart 1430-cu ildə Sultan II Muradın əmrilə yola çıxan Osmanlı ordusu Selaniki fəth etdi:

 

1555-ci ildə Osmanlı və Səfəvi imperiyaları arasında daha bir müharibə sona çatdı və 29 martda Amasya Sülh müqaviləsi bağlandı. 

 

29 mart 2004-cü ildə NATO tarixinin ən böyük genişlənməsi reallaşdı: 

 

Bolqarıstan, Rumıniya, Slovakya, Slovenya, Estonya, Litva və Latviya təşkilatın üzvü oldular.

 

29 mart Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun xatirə günüdür:

 

S.S.Axundov Qoru seminariyasını bitirdikdən sonra ömrünün sonunadək pedoqoji fəaliyyət göstərib. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. Süleyman Saninin uşaqlar üçün qələmə aldığı “Qorxulu nağıllar” silsiləsindən hekayələri geniş yayılıb. Onlardan biri olan “Qaraca qız” hekayəsi əsasında Azərbaycanda bədii film də çəkilib və tamaşaçılar tərəfindən sevilib.  Süleyman Sani Axundov 1939-cu ilin 29 martında dünyasını dəyişib.