Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-26 15:36:00
Şəhid övladları “Ədibin Evi”ndə...

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ müharibəsi qəhrəmanlarının övladları “Ədibin Evi”ndə olublar.

 

AzEdu.az xəbər verir ki, bahar bayramı tətili çərçivəsində baş tutan ziyarət zamanı şəhid hərbçilərimizin övladları “Novruz ənənələrimiz” adlı görüşdə iştirak ediblər.

 

Onlar İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə 1929-1940-cı illərdə yaşayan görkəmli Azərbaycan yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın həyat və yaradıcılığı ilə tanış olub, bayram fəslində geniş istifadə olunan şifahi xalq ədəbiyyatımızın “bayatılar” janrı barədə öyrənib, hətta özlərini Novruz bayatıları yarışında da sınayıblar.

 

Görüşü aparan “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Qarabağ müharibəsi qəhrəmanları Vətən uğrunda canlarından keçərək müstəqil Azərbaycanın tarixində rəmzi olaraq yeni “bahar” fəslinin əsasını qoyublar və müstəqilliyini hər qarış torpağında bərpa edən Azərbaycan bundan sonra tarixinin daha bir uzun çiçəklənmə mərhələsinə başlayıb.

 

Uşaqlar Novruz ənənələri barədə müzakirə aparıb, milli kimliyimizin əksi olan bu bayramın rəmzlərinin təbiətdəki mənasını araşdırıb və yazı qabiliyyətlərini inkişaf etdirmək üçün birlikdə “Bahar Nağılı” mövzusunda çalışma ediblər.