Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-25 11:10:00
“Ali məktəblər COP29-la bağlı səfərbər olmalıdır”

Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək. Hər il fərqli bir ölkədə keçirilən tədbir noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq.

 

Maraqlıdır, layihə ilə bağlı univeristetlərdə tələbələri məlumatlandırmaq üçün nələr təşkil olunur?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı univerisitetlərə sorğu ünvanladıq.

 

Sorğumuza Qərbi Kaspi Universitetinin (QKU) mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov cavab olaraq bildirib ki, universitetinin ekologiya o cümlədən iqlim dəyişiklikləri ilə mübarizəylə bağlı həm elmi təqdiqat təcrübəsi, həm də müxtəlif istiqamətli fəaliyyət təcrübəsi mövcuddur:

 

“Eyni zamanda universitetin bu istiqamətlərlə məşğul olan bir neçə elmi tədqiqat mərkəzi və bazası fəaliyyət göstərir. Bunlar Qərbi Kaspi Unuiversitetinin dağ mədəniyyətləri landşaftları və biomüxtəlifliyi elmi tədqiqat mərkəzi həmçinin dağçılıq bazasıdır. Hansı ki, bunlar Qubanın Xınalıq və Buduq kəndlərində yerləşir.

 

Həmçinin Şirvanda yerləşən Xəzər problemləri Elmi Tədqiqat İnstitutuda həm eko-turizim bazası, həm də elmi tədqiqat kimi fəaliyyət göstərir.

 

Bu mərkəzlərdə tələbələr müəyən praktiki işlər, təcrübələr aparmaq imkanına malikdirlər. Eyni zamanda müəllim və professor heyətinin birbaşa təbiətlə təmasda elmi tədqiqatlarını həyata keçirmək imkanları var.

 

Təbii ki, COP29 mövzusu ölkəmizin qarşısında duran məsuliyyətli bir tədbirdir və hər birimiz bu yeni çağırış qarşısında səfərbər olmalıyıq. Qərbi Kaspi Universiteti də tələbələrini həm məlumatlandırıb, istər könüllü qismində, istərsə də vətəndaş kimi öhdəliklərini və məsuliyyətlərini tələbələrimiz və univeristetimiz həyata keçirməyə hazırdır və buna köklənib.

 

Tələbələrimizin ekologiya sahəsində o cümlədən iqlim dəyişiklikləri təbiətdə baş verən bu digər dəyişiklilərlə bağlı elmi tədqiqat təcrübəsini özündə əks etdirən bir çox maarifləndirici video çarxlar, məlumatlar sosial şəbəkələrimizdə və saytımızda geniş əks olunur. Bununla da cəmiyyətə çağırışlar edilir”.