Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-23 14:09:15
Baş nazir 70 il sonra onlardan üzr istədi

 Riçard Bovays və Eddi Ambros adlı iki şəxs - 1955-ci ildə Kanadanın kiçik Arborq şəhərində eyni xəstəxanada eyni gündə anadan olublar. Ancaq doğuş zamanı onlar qarışıq düşüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətinin Sechelt sahil qəsəbəsindən olan Riçard DNT testi etdikdən sonra onun Ukrayna, Yəhudi və Polşa köklərinin olduğu üzə çıxıb.

 

Təxminən eyni vaxtda, Riçardın evindən təxminən 2400 kilometr aralıda, Kanadanın Vinnipeq şəhərindən olan ukraynalı ailədə böyüyən Eddi Ambrosun bacısı da DNT testi elətdirib. Testin nəticəsi sübut edib ki, onun bütün bu illər ərzində qardaşı hesab etydiyi Eddi ilə heç bir qohumluq bağı yoxdur.


Testin nəticələri onların mehriban münasibətlərinə təsir etməsə də, hər iki şəxs DNT testi vasitəsi ilə əsl həqiqəti öyrəniblər.

 

Təxminən 70 il sonra, Kanadanın Baş naziri şəxsən Riçard və Eddidən doğum evində qarışıqlıq səbəbiylə aldıqları travmaya görə üzr istəyib.