Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-22 15:10:00
“MathCamp 2024” və “CyberCamp 2024” tələbə yaz düşərgələrinə start verilib

“MathCamp 2024” və “CyberCamp 2024” tələbə yaz düşərgələrinə start verilib.

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” tələbə təşkilatının təşkilatçılığı ilə 21-25 mart tarixlərində Quba rayonunda riyaziyyat, fizika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən “MathCamp 2024” və kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və kibertəhlükəsizlik ixtisasları üzrə təhsil alan tələbələr üçün keçirilən “CyberCamp 2024” tələbə yaz düşərgələrinə start verilib.

 

Açılış mərasimində giriş nitqi ilə çıxış edən təşkilat rəhbəri Leyla Zeynalova bu cür fəaliyyətlərdə iştirakın tələbələrin şəxsi inkişafında xüsusi rol oynamasından bəhs edib.

 

Tədbirdə iştirak edən Təhsil İnstitutunun İstedadlı şagirdlərlə iş şöbəsinin müdiri Tural Alışov gənclərə tələbəlik illərini faydalı fəaliyyətlərə qoşularaq müsbət dəyərləndirməyi tövsiyə edib.

 

Düşərgənin ilk günündə tələbələr üçün problem həll etmə, qrup daxilində uğurlu kommunikasiya, liderlik, əməkdaşlıq bacarıqlarını inkişat etdirən komanda quruculuğu oyunları oynanılıb. Növbəti günlərdə müxtəlif qrup fəaliyyətlərinə cəlb ediləcək tələbələrə ilkin təlimatlar verilib və istiqamətləndirmə işləri aparılıb.

 

Qeyd edək ki, tələbə düşərgəsində müxtəlif ali təhsil müəssisələrini təmsil edən ümumilikdə 50 tələbə iştirak edir.