Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-22 14:01:41
Qəbul imtahanları asan olacaq? – “Abituriyentlərdə yersiz rahatlıq var”

Abituriyentlərin böyük qismi keçirilən buraxılış imtahanlarının asan olduğunu qeyd edirlər. Ona görə də bəzi abituriyentlər düşünürlər ki, blok imtahanında da suallar asan olacaq.

 

Maraqlıdır, abituriyentlərin bu kimi düşünməsi nə dərəcədə doğrudur? Bu istiqamətdə onların diqqətinə nələr çatdırmaq lazımdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, hər il keçirilən buraxılış imtahanında abituriyentlər sualların çətinliyini müzakirə edirlər:

 

“Abituriyentlər buraxılış imtahanında iştirak etdikdən sonra imtahanın çətinliyindən mütəmadi olaraq danışırlar. Bu çətinliklərdə demək olar ki, valideynlər və abituriyentlərin eyni zamanda müəllimlərin ciddi narazılıqlarına səbəb olur. Bir neçə mütəxəssisin qeyd etdiyi kimi, buraxılış imtahanı daha çox attestat yönümlü olduğu üçün bu imtahanının asan olması gözləniləndir.

 

Dövlət İmtahan Mərkəzi bu məsələni diqqətə alaraq imtahanları asanlaşdırdı. Bəziləri sosial şəbəkələrdə “savadı olan yazdı, savadı olmayan yaza bilmədi”,-kimi fikirlər bildirirlər. Lakin bu sadəcə bir şayiədir. Çünki həqiqətəndə imtahanın səviyyəsi çətin olduğu təqdirdə şagirdlər çox əziyyət çəkəcəklər. İmtahan nə qədər asan, olarsa şagirdlər də bir o qədər daha rahat yazacaqlar”.

 

Həmsöhbətimiz vurğulayıb ki, sualların asan olması bəzi abituriyentlərdə rahatlıq hissinin formalaşmasına da səbəb olur:

 

“Buraxılış imatahanın asan olduğunu nəzərə alıb bəziləri düşünür ki, qəbul imtahanı da asan olacaq. Hətta bəzi abituriyentlər qəbul imtahanının hazırlıq mərhələsinə isti münasibət göstərmirlər. Əgər buraxılış imtahanı asandırsa, o demək deyil ki, blokda asan ola bilər və ya əskinə. Qəbul asan və ya çətin səviyyədə də ola bilər.

 

Hesab edirəm ki, buraxılış imtahanlarına baxıb qəbul imtahanının asan olacağına ümid bağlamaq düzgün deyil. Çünki bu hal abituriyentlərdə yersiz rahatlığa səbəb ola bilər ki, bununda nəticəsi heçdə ürəkaçan olmaz.

 

Əslində sualların asan olmasının tərəfdarıyam. Çünki bir ixtisas üzrə məsələn, 180-200 balla qəbul olmaq, ictimaiyyətdə həmin ixtisasın səviyyəsini və dəyərini aşağı düşməsinə gətirib çıxarır. Amma suallar asan olduğu, ballar qalxdığı təqdirdə həmin o 220 ballıq ixtisas gəlib 350 bala qalxacaq. Bir növ həmin ixitsasın dəyəri də yüksəlmiş olacaq”, - deyə fikrini yekunlaşdırıb.