Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 11:57:00
Gürcüstandakı prezident seçkilərinin favoriti - Salome Zurabişvilinin TƏHSİLİ

Oktyabrın 28–də Gürcüstanda prezident seçkiləri keçiriləcək və ölkə sayca beşinci prezidentini seçəcək. Bu seçkilər bir neçə səbəbdən əvvəlki seçkilərdən fərqlənir.

  1. Bu, prezidentin xalq tərəfindən seçildiyi son seçkilərdir. 2024–cü ildən prezidenti artıq üç yüz nəfərdən ibarət seçki kollegiyası seçəcək.
  2. Bu, hakim partiyanın öz nümayəndəsini öz sıralarından irəli sürməyib, müstəqil namizədini dəstəkldiyi ilk belə haldır.
  3. Hakimiyyət tərəfindən dəstəklənən müstəqil namizəd qalib gəlsə, bu, Gürcüstanda ilk qadın prezident olacaq.

Prezident seçkilərində müstəqil namizədi, keçmiş xarici işlər naziri Salome Zurabişvili diqqət mərkəzindədir. Güman edilir ki,  seçkilərdə məhz o qalib gələcək və Gürcüstan tarixində ilk qadın prezident olacaq.

AzEdu.az Salome Zurabişvilinin təhsil həyatı ilə bağlı yazını təqdim edir.

Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirlərin ailəsində, Fransanın Gürcüstan diasporunun sədri Levan Zurabişvilinin ailəsində anadan olub.

O, Fransanın ən nüfuzlu məktəblərindən birində - “İnstitut d'Etudes Politiques de Paris”də – oxuyub.  1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunun “Beynəlxalq əlaqələr” ixtisasını bitirən xanım namizəd, 1972-1973-cü illərdə Nyu-Yorkun Kolumbiya Universitetində magistr pilləsində təhsilini davam etdirib. Həmin illərdə o, məşhur amerikalı politoloq, siyasi elm adamı Zbiqnev Bjezinskinin kurslarında iştirak edib.  

Salome Zurabişvilinin fəaliyyət göstərdiyi yerlər:

  • BMT-nin İran Monitorinqi üzrə Ekspert Qrupu (2010 - 2015)
  • Siyasət Elmi İnstitutu, professor (2006 - 2015)
  • "Gürcüstan Yolları" Partiyasının sədri (2006 - 2010)
  • Gürcüstan xarici işlər naziri (2004 - 2005)
  • Səfir (2003 - 2004)
  • Təftiş, Strateji Departament (1996-2003)
  • NATO-Qərb Avropa Birliyi (1993 - 1996)
  • Fransanın Çad səfirliyi (1990 - 1993)
  • ATƏT-in Avstriyadakı nümayəndəsi (1988 - 1989)
  • Vaşinqtonda Fransanın Səfirliyi, Birinci Katib (1984 - 1988)
  • Strateji Planlaşdırma Mərkəzi (1980 - 1984)
  • Fransanın BMT-dəki nümayəndəsi (1977 - 1980)
  • Fransa Xarici İşlər İdarəsi (Diplomatik Xidmət) (1974 - 2004)
  • Fransanın İtaliyadakı səfirliyi, Üçüncü katib (1974 - 1977)