Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 15:12:00
Valideynlər diqqətli OLUN: 3 yaşında uşağa bunları öyrətmək OLMAZ

“3 yaşlı uşağa hərf və rəqəm öyrətmək olmaz”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Gülnarə Orucova bildirib.

 

Gülnarə Orucova qeyd edib ki, 3 yaşlı uşağa hərf və rəqəm öyrədilməsi  böyüdüyü zaman dərsə qarşı həvəssizlik yaranması ilə nəticələnə bilər:

 

“3 yaşında uşaq ancaq inkişafetdirici qruplarda və yaxud məktəbəqədər təhsil müəssisələrinə gedə bilər. Məktəbəqədər tədris müəssisələri onlara evdən başqa mühitə adaptasiya olmağı, sosiallaşma, dost tapma və özlərini inkişaf etdirmək bacarıqlarını formalaşdırır. Psixologiyada bəzən “3 yaş krizi” adlandırdığımız bir dönəm var. Bu uşağın 3 yaşında baş verən bir dönəmdir”.

 

Psixoloq vurğulayıb ki, valideyn uşağın inkişafına təsir edə biləcək oyuncaqlar almalıdır:

 

“Məktəbəqədər hazırlıq müəssisələri uşağa 1-ci sinfin materialını öyrətməyə başlayırlar. Artıq uşaq məktəbə başlayanda yenə həmin dərsləri öyrənməyə başlayır və beyni yorulur. Bu isə dərslərinə adaptasiya ola bilməməsi ilə nəticələnir. Yaxşı olar ki, uşaqlara hərf və rəqəmlərlə bağlı ilkin biliklər elə məktəbə başladıqları vaxt, yəni 6 yaşından öyrədilməlidir. Azyaşlı uşaqlara dərs yükləməkdənsə zehinsəl bacarıqlarını artıra bilcəkləri oyuncaqlarla təmin etmək daha məsləhətlidir ”.