Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 14:50:55
Təhsil müəssisələrində bayram şənlikləri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirlərdə xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramının mahiyyəti haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır. Həmçinin zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət və səmimi münasibətləri bərqərar edən Novruz bayramının xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri oyatdığı deyilib.

 

Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb. Eyni zamanda builki Novruzun gəlişinin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasından sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində qeyd olunması ilə əlaqədar xalqımız üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

 

Şagirdlər və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə rəngarənglik qatıb.