Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 08:56:00
“Tarixdə bu gün”  - 19 mart...

Hər hadisə baş verdiyi günün tarixi ilə xatırlanır. 

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlamdırır. 

 

19 mart  tarixi nə ilə yadda qalıb? 

 

19 mart 1883-cü ildə  ayaqqabını birdəfəyə emal edən ilk maşını icad edildi:

 

Amerikalı ayaqqabı ustası Yan Ernst Matseliqer (Jan Ernst Matzeliger) ayaqqabını birdəfəyə emal edən ilk maşını icad edərək ayaqqabı sənayesində inqilab yaratdı.

 

1915-ci ilin 19 mart tarixində Günəş sistemi planetlərindən olan Plutonun ilk şəkli çəkilib:

Ancaq Plutonun yeni bir planet olduğu o zaman hələ bəlli deyildi.

 

19 mart 1925 -ci ildə ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun anım günüdür:

 

Nərimanovun fəaliyyətində milli təmayül və millətin mənafelərini qorumaq üstünlük təşkil etmiş, o, Azərbaycanda baş verən inqilabi proseslərə digər bolşeviklərdən fərqli münasibət bəsləmiş, yerli xüsusiyyətləri nəzərə almış və milli birliyə xüsusi diqqət yetirmişdir. Beləliklə, N. Nərimanovun ictimai, siyasi, dövlətçilik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə başlıca yerlərdən birini tutmuşdur.

 

 1994-cü il martın 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verib: 

Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayanandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdı. Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.