Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 16:25:00
Bu hallarda abituriyentlərin xeyrinə bal əlavə OLUNACAQ

Martın 17-də ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə buraxılış imtahanı keçirildi. Abituriyentlərin iddiasına əsasən, xarici dil fənni üzrə səsləndirmə zamanı bir sıra məktəblərdə səs qurğusunda problemlər yaranıb. Onlar səsin tam aydın eşidilmədiyini vurğulayırlar.

 

Bəs, bu halda imtahanda iştirak edənlər üçün hər hansısa güzəştlərin tətbiqi nəzərdə tutulurmu?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı DİM-ə sorğu ünvanladıq.

 

DİM-dən bildirildi ki, dinləmə qurğuları ilə bağlı olan texniki problemlər yerində həll olunur:

 

“İmtahandan sonra abituriyentlərin hər hansısa bir proseslə bağlı şikayəti varsa, imtahan cavabları elan olunduqdan sonra apellyasiyaya müraciət üçün ayırılmış vaxtda apellasiya.gov.az saytında müvafiq müraciət formasını dolduraraq mərkəzə araşdırılması üçün göndərə bilərlər. Əgər araşdırılma zamanı abituriyentin haqlı olduğu məqam ortaya çıxarsa, o halda onun xeyrinə bal əlavə olunur”.