Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 13:37:28
Kürdəmirdə yeniyetmələr arasında bıçaqlanma olub

Sumqayıtdan Kürdəmirə gələn qonaq bıçaqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, bu gün saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 2008-ci il təvəllüdlü şəxsin kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

 

Hadisəni törədən 2010-cu il təvəllüdlü bir nəfər müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı araşdırmalar aparılır.