Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 12:38:00
Buraxılış imtahanında iştirak edən şagirdlərin rayonlar üzrə STATİSTİKASI

Martın 17-də Dövlət İmtahan Mərkəzi Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarının, Gəncə (I zona), Şirvan, Lənkəran (I zona), Şəki, şəhərlərinin, Samux, Daşkəsən, Qazax, Ağstafa, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 2023/2024-cü tədris ili üçün ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə buraxılış imtahanı keçirildi.

 

DİM-dən AzEdu.az-a bölgələr üzrə  imtahanda iştirak edə biləcək namizədlərin statistikası verib.

 

Bildirilib ki, Yasamal rayonu üzrə (1246), Binəqədi rayonu üzrə (1283), Səbail rayonu üzrə (1475), Xətai rayonu üzrə (4211), Nərimanov rayonu üzrə (2492), Sabunçu rayonu üzrə (7410), Nəsimi rayonu üzrə (1963), Nizami rayonu üzrə (1212), Gəncə rayonu üzrə (2359), Daşkəsən rayonu üzrə (255), Samux rayonu üzrə (905), Qazax rayonu üzrə (1248), Ağstafa rayonu üzrə (1025), Xızı rayonu üzrə (199), Şəki rayonu üzrə (2558), Ağcabədi rayonu üzrə (2273), Ağdam rayonu üzrə (1151), Kürdəmir rayonu üzrə (1497), Zərdab rayonu üzrə (692), Ağsu rayonu üzrə (861), İmişli rayonu üzrə (1583), Şirvan rayonu üzrə (1323), Biləsuvar rayonu üzrə (1738), Lənkəran rayonu üzrə (1503), Astara rayonu üzrə (1584), Qusar rayonu üzrə (1274), Şabran rayonu üzrə (820), Siyəzən rayonu üzrə (611) şagirdin iştirakı nəzərdə tutulurdu.