Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 09:29:00
“Tarixdə bu gün” - 18 mart necə yadda qalıb?

Eyni gün müxtəlif illərdə fərqli hadisələrlə xatırlanır. 

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

18 mart tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

18 mart 1915-ci ildə  Çanaqqala sahillərinə qədər gəlib-çıxan müttəfiq ordularına qarşı türk sərkərdəsi Mustafa Kamalın başçılıq etdiyi Osmanlı ordusunun müqaviməti zəfərlə nəticələndi:

 

Çanaqqala savaşı Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında 1915-ci ildə Anadolunun Gelibolu yarımadası uğrunda dəniz, quru və hava müharibələri idi.

 

18 mart 1949-cu ildə NATO qurulu :

 

Nato 1949-cu ildə Vaşinqton müqaviləsinin imzalanması ilə təşkil edilmiş hökumətlərarası müdafiə təşkilatıdır. Hazırda NATO-nun Şimali Amerikadan 2 və Avropadan 26 üzv dövləti vardır. NATO-nun qurulduğu ilk gündən əsas məqsədi kommunizmin qarşısını almaq olsa da, Şərq Bloku və Sovet İttifaqı dağıldıqdan sonra belə fəaliyyətini dayandırmadı. Ortaya çıxan yeni çağırışlara qarşı yeni məqsədlər yaradan NATO Şərqə doğru genişlənir, üzvlərinin sayını artırır və digər qonşu bölgələrdə yerləşən dövlətlərlə də müxtəlif səviyyələrdə əməkdaşlıq proqramları həyata keçirir.

 

18 mart 1991-ci ildə Xəzər Universiteti təsis edilib:

 

Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur.

 

Qeyd edək ki, biologiya elmləri üzrə fəlsəfə doktoru İradə Xəlilova Xəzər Universitetinin rektorudur. 

 

18 mart 1965-ci ildə İnsanlar ilk dəfə kosmosa çıxdı: 

 

Sovet kosmonavtı Aleksey Leonov yerdən 2 min 177 kilometr hündürlükdə "Vosxod-II" (Günəşin doğuşu) adlı kosmik gəmidən asılı olmayaraq bölgədə 20 dəqiqə qaldı.Təxminən 12 dəqiqə davam edən gəzinti zamanı o, kosmik gəmidən 15 metr uzaqlaşıb. Bu vaxt onun skafandrı kosmosda o qədər şişmişdi ki, Leonov nə rahat hərəkət edə, nə də sinəsindəki kameranın düyməsini basa bildi. Leonov da kosmik gəminin qapısına girməkdə çətinlik çəkib. O, artıq havanı buraxmaq üçün kostyumda bir klapan açdı və çətinliklə kosmik gəmiyə qayıtdı. O, daha sonra izah etdi, "dizlərinə qədər tər içində idi". O, kosmik gəmiyə qayıda bilməyəcəyi halda istifadə etmək üçün özü ilə intihar həbi götürmüşdü, lakin ondan istifadə etməli deyildi.