Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-16 09:04:41
Azərbaycanlı qız ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna qəbul olunub  

Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə - ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunub.

 

AzEdu.az-ın məlumatına görə, Təhsil İnstitutundan bildirilib ki, məktəbli olduğu dövrdə Fidan bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. O, informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında 4 dəfə qızıl medal, iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.