Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 15:12:11
"Bu il magistraturaya qəbulda maksimum nəticə olmayacaq"

28 aprel Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.

 

Magistraturaya qəbul mtahanının 1-ci mərhələsinin nəticələri elan olunduqdan sonra bəlli oldu ki, maksimum nəticə - 100 bal toplayan olmadı.

 

Maraqlıdır, ikinci cəhd imtahanında maksimum nəticə ola bilərmi?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, xarici dil fənninə essenin əlavə olunması imtahan nəticələrinə öz təsirini göstərib:

 

“Bu il keçirilən magistratura imtahanı keçən ilkindən həm iştirakçıların sayına, həm də xarici dil fənnindən təqdim edilən sual modellərinə görə fərqlənirdi. Bu da birmənalı şəkildə imtahan nəticələrinə öz təsirini göstərdi. Bu hal gözlənilən idi”.

 

Kamran Əsədov bildirib ki, magistraturaya imtahan verən tələbələrdə yazı bacarıqlarını formalaşdırmalıyıq:

 

“Yaxşı olar ki, ali təhsil müəssisələrində ən azı ildə 1 dəfə monitorinq imtahanları keçirməklə bu vərdişlər formalaşdırılsın. Birdən-birə magistraturaya qəbul imtahanında yazı bacarıqlarının yoxlanılmasını əlavə etmək heç də təhsilin inkişafına xidmət etmir. Əksinə, belə olduqda balların aşağı düşməsinə, imtahan iştirakçılarının stress yaşamasına səbəb oluruq”.

 

Təhsil ekspertinin sözlərinə görə bu il maksimum nəticə olmayacaq:

 

“Ümumilikdə Azərbaycanda magistratura pilləsinə qəbul imtahanları dünyanın ən çətin imtahanlarından biridir. İkinci cəhd imtahanında maksimum bal gözləmirəm. Çünki essenin qiymətləndirilmə meyarları və standartlarını çox ciddidir. Ən azı C1 səviyyədə ingilis dili bilikləri tələb olunur. Birmənalı şəkildə magistraturaya qəbul imtahanları bu qədər çətinləşməməlidir”.