Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 11:32:18
“Təhsildə yeni çağırışlar” - ilk regional konfrans Lənkəranda təşkil olunub

Mart ayından “Təhsildə yeni çağırışlar” regional konfranslarına start verilib.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, Lənkəranda təşkil olunan ilk regional konfransda 400-ə yaxın təhsil işçisi iştirak edib. Konfrans Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün keçirilib.

 

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfrans qabaqcıl müəllim və təhsil idarəedicilərinin təcrübəsini öyrənmək, səmərəli əməkdaşlığa təkan vermək, eləcə də regional diskussiya platforması yaratmaq məqsədi daşıyıb.

 

Konfransda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Qazi Universitetinin müəllimi, professor Necati Cemaloğlu, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “T–Network” platformasının rəhbəri Cəfər Mənsimi çıxış ediblər.