Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 10:53:16
“Örnək müəllim”dən maraqlı dərs: "Deyə bilmədiyimiz sözlər..." - FOTO+VİDEO

Suraxanı rayonu D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 11ª sinfi Azərbaycan dili dərsində  "Deyə bilmədiyimiz sözlər..." mövzusunda anket sorğusu həyata keçiriblər.

 

Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova AzEdu.az-a bildirib ki, dərsin əsas məqsədi şagirdlərin münasibət bildirmək bacarıqlarını inkişaf etdirməkdir.

 

Mövzu üzrə standartın reallaşdırılması şagirdlər tərəfindən keçirilən anket sorğularının təhlili ilə həyata keçirilir. Təhlillər dərslikdəki mətnlə əlaqələndirilir.

 

Şagirdlər məktəbdə "Sizin üçün sevgi nədir?", "Kimsə sənə qarşı xoşagəlməz hərəkətə yol verib. Onu bağışlayarsanmı?", "Nəyi bağışlamaq olar?", "Nəyi bağışlamaq olmaz?", "Ürəyinizdən keçən hansı sözü qarşı tərəfə deyə bilməmisiniz?", "Sizcə bağışlamamaq daha pisdir, yoxsa bağışlanmamaq?" suallar çərçivəsində sorğu keçiriblər.

 

Müəllimin fərqli dərs metodu şagirdlər və məktəb heyəti tərəfindən maraqla qarşılanıb.

 

Dərsdən görüntüləri bu linkdən izləyə bilərsiniz.