Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 10:46:19
Yanvarda 278 əkiz, 12 üçəm doğulub

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8389 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,5-dən 9,7-yə düşüb.

 

AzEdu.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,9 faiz olub. Körpələrdən 278-i əkiz, 12-si üçəm doğulub.