Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 10:14:00
REAL TV-nin 6 yaşı tamam oldu

Bu gün ölkənin ilk xəbər kanalı REAL televiziyasının yaranma tarixidir. Real Təhlil İnformasiya Mərkəzinin fəaliyyətə başlamasından 6 il ötür.



AzEdu.az-ın məlumatına görə, REAL TV 15 mart 2018-ci ildə əsas yayıma başlayıb.

 

2019-cu ilin mayın 10-da isə REAL TV ümumrespublika yayımına çıxıb. 24 saatlıq rejimlə fəaliyyət göstərən telekanalda gün ərzində aktual mövzuların müzakirəsi, yerli və xarici xəbərlər izləyicilərə təqdim olunur.



REAL TV-nin Türkiyə, Amerika, Avropa, Rusiya Ukrayna, Çin və Mərkəzi Asiya büroları fəaliyyət göstərir.



Telekanalın rəhbəri Əməkdar jurnalist Mirşahin Ağayevdir.



AzEdu.az həmkarları təbrik edir.