Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 17:30:38
Beyləqanda 8-ci sinif şagirdi intihar etdi

Beyləqan rayonunun Yuxarı Aran kəndində 8-ci sinif şagirdi Ə.Əzizli intihar edib.

 

AzEdu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə kənd bələdiyyəsindən məlumat verilib. 

 

Bildirilib ki, hadisə ötən gecə saat 23:00 radələrində baş verib. Evdə tək olan azyaşlı özünü asaraq intihar edib.

 

Bələdiyyədən həmçinin intihar edən oğlanın əlavə hazırlıqlara getdiyi, çalışqan və tərbiyəli şagird olduğu bildirilib: “Ə.Əzizli çox tərbiyəli, savadlı uşaq idi, dəfələrlə olimpiadalarda iştirak etmişdi. Dərslərini yaxşı oxuyurdu, rayon mərkəzinə hazırlıqlara gedib-gəlirdi. Ailəsi də kənddə nümunəvi ailədir. İntiharın nədən olduğunu heç kim bilmir. Hazırda hadisənin səbəbini araşdırmaq üçün uşağın telefonu hüquq-mühafizə orqanları tərəfindən götürülüb və araşdırma aparılır”.