Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 14:20:56
Buraxılış imtahanları: Çətinlik səviyyələri eyni deyildi?

3 və 10 mart tarixində keçirilən buraxılış imtahanlarından sonra abituriyentlərdə müxtəlif fikirlər formalaşıb.

 

Belə ki, hər iki tarix üzrə keçirilən imtahanların çətinlik səviyyəsinin eyni olmadığını qeyd edirlər. Hətta bəzi şagirdlər 3 mart keçirilən buraxılış imtahanının daha asan olduğunu vurğulayırlar.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, hər il abituriyentlərin bilik və bacarıqlarına uyğun test tapşırıqları təqdim olunur:

 

“Hesab edirəm ki, qəbul ilinə görə, məsələn: “2023-cü ildə suallar çətin, 2024- cü ildə isə suallar asan idi”,- kimi yanaşma tərzi tamamilə yalnışdır. Çünki hər ilin imtahan sualları özünə görə hazırlıq tələb edir. Dövlət İmtahan Mərkəzi demək olar ki, mütəmadi olaraq şagirdlər arasında monitorinqlər aparır və bununla da onların bilik və bacarıqlarını müəyyən etmiş olur.

 

Monitorinqlər nəticəsində abituriyentlərə bilik və bacarıqlarına uyğun test tapşırıqları təqdim olunur. Ümumilikdə isə tədqiqatlara görə hər zaman bildiyin sual sənə asan, bilmədiyin sual isə çətin gəlir. Sadəcə olaraq bu il ilk dəfə abituriyentlərə sual kitabçaları təqdim olundu. Ona gərə də sualları müşahidə edənlər onların asan və ya çətin olduğu qənaətinə gələ bilirlər”.

 

K.Əsədovun sözlərinə görə, hər iki buraxılış imtahanın ağırlıq səviyyəsi eynidir:

 

“Sualları müqayisə edəndə müşahidə olunur ki, hər iki imtahanının çətinlik səviyyəsi eynidir. Sualların çətin və ya asan düşməsinin nəticəyə heç bir təsiri yoxdur. Ona görə də testologiyada belə bir prinsip birmənalı şəkildə yoxdur ki, “bu il çətindir, növbəti il asan olacaq”. 2024-cü ilin test tapşırıqları, 2023-cü ildən asan olması fikri həqiqəti əks etdirmir. Hər ilin öz qaydaları və abituriyent kontingenti var. Artıq pandemiya dövründən çıxdığımıza görə abituriyentlərin yaxşı hazırlaşmaq üçün imkanları çoxdur”.