Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 10:29:42
Avropada pulsuz necə təhsil almaq olar? 

Bu gün “Xaricdə Təhsil” rubrikasında Visegrad təqaüd proqramından danışacağıq.

 

Maraqlıdır, Visegrad təqaüd proqramının şərtləri necədir?

 

AzEdu.az-a danışan  xaricdə təhsil üzrə ekspert  İsgəndər Cəfərzadə bildirib ki, Visegrad təqaüd proqramı tələbənin əsas xərclərini qarşılayan proqramdır:

 

“Visegrad təqaüd proqramına müraciət edərkən yalnız 1 universitet seçmək mümkündür. Proqram təhsilini magistratura və ya doktorantura pillələrindən davam etdirmək istəyənlər üçün nəzərdə tutulub. Visegrad təqaüdü 4 ölkəni- Çexiya, Polşa, Macarıstan, Slovakiyanı əhatə edir və tələbənin əsas xərclərini qarşılayır. Hansı ki, tələbəyə 6000 avro illik təqaüd ödənilir. Həmçinin tələbə təhsil haqqından azad olmuş olur. Təhsil haqqı üçün universitetlərə maksimum 3000 avro məbləğ ödənilir. Əgər sizin təhsil alacağınız universitetin illiyi 3000 qədərdisə, siz həmin universitetdə pulsuz təhsil alırsınız. Bu məbləğdən çoxdursa, yerdə qalanını tələbə özü qarşılamalı olur”.

 

İsgəndər Cəfərzadə qeyd edib ki, Visegrad təqaüd proqramında motivasiya məktubuna ehtiyac yoxdur və burada əsas tələblər pasport, transkript, universitetdən qəbul məktubudur:

 

“Əgər motivasiya məktubunu yazmaq istəyirsinizsə, bu, 5,6, və ya 7 abzasdan ibarət olmalıdır. Hər abzas müəyyən məna daşımalıdır. 1-ci abzas özünütəqdimetmə, 2-ci abzasda seçdiyiniz sahəyə olan marağınızın necə yarandığını və s. qeyd etməlisiniz. Normalda motivasiya məktubu 550-750 söz arası olmalıdır. Amma bəzi universitetlər var ki, konkret simvol və söz limit qoyurlar.

Proqramın 15 mart tarixində aktiv olması nəzərdə tutulur. Təqaüd proqramına son müraciət tarixi 15 apreldir və qeydiyyat bitdikdən 45 gün sonra nəticələr açıqlanacaq. İndi sənədləri hazırlamaq üçün ən ideal vaxtdır. Bu məqamda ali məktəblərin tələblərini qarşılamaq vacib nüanslardan biridir. Müraciət edəcəyiniz universitetlər sizdən ingilis dili sertifikatı tələb edə bilər. Bakalavrı ingilis bölməsində oxumusunuzsa, bunu qəbul edirlər. Bəzi universitetlər isə mütləq şəkildə İELTS tələbi qoyur. Bu proqramın əsasən qalibləri universitet vaxtı məqalələr yazıb dərc edən tələbələrdən seçilir”.