Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 08:50:00
“Tarixdə bu gün” - 13 mart...

Tarixin müəyyən dönəmlərində eyni gündə baş vermiş bir sıra əhəmiyyətli hadisələr olub.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün müvafiq olaraq dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlandırır. 

 

13 mart tarixində baş vermiş tarixi əhəmiyyətli hadisələri təqdim edirik.

 

13 mart 1781-ci ildə  Vilyam Herşel Uran planetini kəşf edib:   

 

Digər nəhəng planetlər kimi Uranın halqa sistemi, maqnitosferi və çoxlu sayda peyki vardır. Uran sisteminin digər planetlərdən fərqləndirən özünəməxsus konfiqurasiyası var.Uran yeganə planetdir ki, adı birbaşa, yunan mifologiyasındakı yunan səma tanrısının latın versiyası olan Uranusdan gəlir.

 

13 mart 1909-cu ildə  "Zənbur" jurnalı ilk dəfə nəşr olunub:   

 

"Zənbur" Bakıda nəşr olunan həftəlik ədəbi, ictimai satirik jurnal idi.  Jurnal "Molla Nəsrəddin" jurnalının satira ənənələrindən bəhrələnirdi. "Zənbur"un sahibi və naşiri həkim, yazıçı, ictimai xadim Mirzə Əbdülxalıq Axundov, birinci ildə 21-ci nömrəyədək məsul müdiri isə Rza bəy Səlimxanov olub.. Jurnala ilin yarısında 22-ci nömrədən sonra Əzim Əzimzadə müdirlik edib.

 

13 mart 1995-ci ildə Azərbaycan və Syerra-Leone arasında diplomatik əlaqələr qurulub:  

 

2014-cü ildə Ebola epidemiyasının bəzi Afrika ölkələrində yayılması çoxsaylı insan tələfatı ilə yanaşı, həmin ölkələrin iqtisadiyyatına ağır zərbə ilə nəticələnib. Bu xüsusda, 2015-cİ ildə Azərbaycan hökuməti Ebola epidemiyasından zərər çəkən Syerra-Leone, Qvineya, Liberiya, olmaqla, üç Afrika ölkəsinə bu epidemiya ilə mübarizəyə dəstək məqsədilə 1 milyon ABŞ dolları həcmində yardım edib.

 

13 mart 2022-ci ildə Azərbaycan alimi, filoloq Əjdər İsmayılov vəfat edib:

 

Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmuşdur. 1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur. Əjdər İsmayılov 13 mart 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir.